Azərbaycan-Rusiya sərhədində avtomobil aksiz postunun yaradılması üçün danışıqlar aparacaq

Azərbaycan-Rusiya sərhədində avtomobil aksiz postunun yaradılması üçün danışıqlar aparacaq
# 03 may 2018 15:09 (UTC +04:00)

Azərbaycan Rusiya ilə dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılmasına çalışacaq.

APA-nın məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyinə 2018-2019-cu illər ərzində Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılması tapşırılıb.

Proqramda qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun olmaması, eləcə də şərab və şərabçılıq məhsullarını daşıyan xüsusi vaqon (sistern) parkının, həmçinin yerli şərab şüşələrinin və markalarının, şərabçılıq üzrə milli normativ texniki sənədlərin (DÖST, AZS milli standartları) müasir tələblərə tam şəkildə cavab verməməsi kimi problemlər şərab məhsullarının ölkədən ixracını məhdudlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR