ABŞ Türkiyənin Suriyada terrorçulara təzyiqləri davam etdirəcəyinə ümid edir

ABŞ Türkiyənin Suriyada terrorçulara təzyiqləri davam etdirəcəyinə ümid edir
# 30 aprel 2020 20:30 (UTC +04:00)

ABŞ Türkiyənin Suriyanın İdlib əyalətində “Həyat Tahrir əş-Şam” qruplaşması da daxil olmaqla bütün terrorçu qruplaşmalara təzyiq göstərəcəyinə ümid edir.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Vaşinqton Atlantik Şurasının təşkil etdiyi videokonfrans zamanı açıqlayıb.

“Ümid edirik ki, Türkiyə orada yerləşən terror təşkilatlarına güclü təzyiq göstərməyə davam edəcək. Onların ən güclüsü “Həyat Tahrir əş-Şam”dır. Atışmalar zamanı onlara qarşı bir müddət təzyiq göstərilib. Ümid edirik ki, bu təzyiq davam edəcək”, - Ceffri belə deyib.

Ceffri, həmçinin Ankaranın köməyi ilə Vaşinqtonun İdlibdə ehtiyacı olanlara humanitar yardım çatdıracağına da ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR