UEFA futbol üzrə ölkə çempionatlarının gələn mövsümü ilə bağlı üzv federasiyalara təlimat verib.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlayıb.
TFF rəhbəri bu gün keçirilən iclasda bildirib ki, qitə futbol qurumu Avropa çempionatına görə, 2020/21 mövsümünün gələn il mayın 25-də yekunlaşmasını istəyib: “UEFA gələn mövsümlə bağlı da yerli federasiyalarla müzakirələr aparır. Qurum növbəti mövsüm çempionatların mayın 25-də başa çatması ilə bağlı təlimat verib. Buna səbəb AVRO-2020-nin 2021-ci ilə keçirilməsidir”.
Qeyd edək ki, bir neçə Avropa ölkəsi iyunda mövsümü bərpa etməyi planlaşdırır. Azərbaycan Premyer Liqasının taleyi isə karantin rejiminin mayın 31-dək uzadılması səbəbindən qeyri-müəyyəndir.