Aİ: İranla nüvə sazişinin saxlanılması və həyata keçirilməsinə tam sadiqik

Aİ: İranla nüvə sazişinin saxlanılması və həyata keçirilməsinə tam sadiqik
# 09 may 2019 12:57 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ilə əlaqədar ortaq bəyanat veriblər.

ONA-nın Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avropalı rəsmilər İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərlə bağlı açıqlamasından narahatlıq keçirdiyini bəyan edib.

“Biz hər kəsin təhlükəsizlik maraqlarına uyğun qlobal nüvəsizləşmə sahəsində vacib naliyyətlərdən olan nüvə proqamına dair Hərtərəfli Birgə Fəaliyyət Planının saxlanılması və həyata keçirilməsinə tam sadiqik. Biz İranı bu günə qədər olduğu kimi saziş çərçivəsindəki öhdəliklərinə sadiq qalmağa və gərginlik yaradacaq addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda, İran xalqının xeyrinə sanksiyaların aradan götürülməsinə dair razılaşma göstərilən sabit öhdəliklərimizi xatırlayırıq",- deyə bəyanatda bildirilir.

Avropalı rəsmilər bəyanatda ABŞ-ın İrana qarşı təkrar sanksiyalarından təəssüf hissi keçirdiklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR