QDTİB manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb

QDTİB manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb
# 28 fevral 2020 16:00 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ilin əvvəlinə planlaşdırılmış manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib.

Bankda qeyd ediblər ki, Azərbaycanda maliyyə bazarında tənzimləmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə əlaqədar olaraq QDTİB manat istiqrazlarının ikinci emissiyasını bu sahədə daha çevik qanunvericiliyin yaranmasını gözləyərək təxirə salıb.

Qeyd edək ki, ötən ilin avqustun 1-də QDTİB 10 mln. manat məbləğində, hər biri 1 000 manat dəyərində olan 10 min ədəd istiqraz emissiya edərək Bakı Fond Birjasında yerləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR