Bu il ərzində dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı büdcə daxilolmaları 129% həcmində icra olunub.
Əmlak Məsələləri Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, daşınmaz dövlət əmlaklarının icarəsi üzrə proqnoz bu il üçün 8 mln. manat olsa da, bu il artıq büdcəyə 10,3 mln. manat vəsait daxil olub.
Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı görülmüş işlər nəticəsində bu kateqoriyadan olan dövlət əmlaklarından 261-nə dair icarə müqaviləsi bağlanılıb, 450 icarə müqaviləsinin isə müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanılıb, 34 icarə müqaviləsinin müddəti uzauzadılıb.