PKK terror təşkilatının rəhbər şəxslərindən biri zərərsizləşdirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında Karakoçak dağında keçirdiyi əməliyyat nəticəsində “Berivan Sarya” kod adlı Galya Bekir zərərsizləşdirilib.
Terrorçu PKK-ya 2002-ci ildə Suriyadan qatılıb, İraq və Suriyada fəaliyyət göstərib.