Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılıb

Ukrayna səfiri Gürcüstan XİN-ə çağırılıb
# 11 iyun 2020 17:30 (UTC +04:00)

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, səfir Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin bəyanatı ilə əlaqədar olaraq XİN-ə dəvət olunub.

Gürcüstan tərəfi M. Saakaşvilinin bəyanatını Ukrayna vətəndaşının Gürcüstanın daxili siyasətinə birbaşa müdaxiləsi kimi qəbul etdiyini açıqlayıb.

İ. Dolqovun artıq Gürcüstan XİN-in inzibati binasına gəldiyi bildirilib.

Qeyd edək ki, sabiq prezident, Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri M. Saakaşvili videomüraciətində bildirib ki, Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı aparılan mübarizədə ön cərgələrdə olacaq. O, qələbə üçün mübarizə aparmağa hazırlaşdığını və bu il parlament seçkilərində Gürcüstanın ya qalib gələcəyini, ya da məhv olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR