BTQ ilə indiyədək daşınan yüklərin həcmi açıqlanıb

BTQ ilə indiyədək daşınan yüklərin həcmi açıqlanıb
# 13 may 2020 13:24 (UTC +04:00)

Bu vaxtadək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə 520 min ton yük daşınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Bildirib ki, BTQ dəmir yolu xətti dost və qardaş ölkələr olan Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasında ticarətdə önəmli rola malikdir: "Bu xətt vasitəsi ilə bu günədək 5 250 konteyner içində 240 min ton ixrac malı, 5 300 konteyner içində 280 min ton idxal malı və ya Avropaya gedən tranzit yük daşınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR