Bərdədə 270 kq ölmüş inək əti aşkar edilib

Bərdədə 270 kq ölmüş inək əti aşkar edilib
# 13 may 2019 11:17 (UTC +04:00)

Bərdə şəhər sakinindən ölmüş inək əti götürülüb.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, mayın 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və rayon prokurorluğunun əməkdaşları ilə birgə Bərdə şəhərində reyd keçirilib.
Şəhər sakini Ə.Məmmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan öldükdən bir müddət sonra başı kəsilən, 270 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.
Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR