Bakıda iki nəfərin fərdi təsərrüfatından xırda buynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-dən oktyabrın 13-dək olan müddətdə Ə.Əzizov və G.Hüseynovun həyətlərindən ümumilikdə 46 baş qoyun oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Ş.Əsgərov saxlanılıb.