DSX rəisinin sabiq müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb

DSX rəisinin sabiq müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb
# 15 may 2020 16:22 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytenant Əfqan Nağıyev və onunla birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Bakı Hərbi Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR