Barkindo: "COVID-19 pandemiyası hazırda neft bazarına mənfi təsir edən ən vacib amildir"

Barkindo: "COVID-19 pandemiyası hazırda neft bazarına mənfi təsir edən ən vacib amildir"
# 11 iyun 2020 17:45 (UTC +04:00)

"OPEC və "OPEC+" əməkdaşlığı neft bazarında volatilliyin azaldılmasına böyük töhfə verərək bazarı stabilləşdirir".

"APA-Economics"in məlumatına görə, bu barədə OPEC-in Baş Katibi Məhəmməd Sanusi Barkindo Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş “COVID-19 dövründə enerji məsələləri” adlı yüksək səviyyəli vebinar zamanı deyib.

Onun sözlərinə görə, OPEC ölkələri iyulda gündəlik neft hasilatını 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel həcmində azaldılması üzrə öhdəliklərin tam yetirilməsi də öz növbəsində, qiymət artımında böyük rol oynayacaq. Barkindo əlavə edib ki, COVID-19 pandemiyası hazırda bazara mənfi təsir edən ən vacib amildir.

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR