Səudiyyə Ərəbistanı Asiyada neft tədarükünü azaldacaq

Səudiyyə Ərəbistanı Asiyada neft tədarükünü azaldacaq
# 13 iyun 2020 10:50 (UTC +04:00)

Səudiyyə Ərəbistanı iyul ayında Asiyadakı ən azı üç neft emalı zavodunda (NEZ) neft tədarükünü azaldacaq.

APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, sözü gedən neft NEZ-in ikisi üçün azalma əvvəlcədən elan edilmiş tədarük həcminin 20% -dən artıq olacaq, üçüncüsü üçün isə neftin tədarükü bundan da çox azaldılacaq.

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Bu ilin aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR