Şirvanda avtomobil ruhi xəstəni vuraraq öldürüb

Şirvanda avtomobil ruhi xəstəni vuraraq öldürüb
# 18 avqust 2016 06:48 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda avtomobil 41 yaşlı kişini vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 05 radələrində Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1975-ci il təvəllüdlü İsrafilov Sahib Sərdar oğlu “Mercedes” markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan S. İsrafilov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib və bir müddət sonra dünyasını dəyişib. Hadisəni törədən şəxsin kimliyi dəqiqləşdirilir.

S. İsrafilovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılr.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR