Azərbaycan güləşçiləri “Qızıl Qran-Pri” turnirinin ilk günündə 2 medal qazanıblar

Azərbaycan güləşçiləri “Qızıl Qran-Pri” turnirinin ilk günündə 2 medal qazanıblar
# 16 aprel 2009 08:10 (UTC +04:00)
Bakı – APA. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından növbəti yarışın startı Azərbaycan yığması üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, turnirin birinci günündə yunan-Roma növündə 55, 66, 84 və 120 kq çəki dərəcələrindəki pəhləvanlar qüvvələrini sınayıblar. Startda döşək üzərinə çıxan 5 güləşçimizdən 2-si fəxri kürsüyə yüksəlib.

Belə ki, Emin Əhmədov (66 kq) yalnız final görüşündə uduzaraq, gümüş medala sahib çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov isə 3-cü yeri tutub.

Bu gün yunan-Roma güləşçilərimizdən Sakit Cəlilov, Hacıxan Mustafayev (hər ikisi 60 kq), həmçinin Ceyhun Əliyev (55 kq) öz bacarığını nümayiş etdirəcək. Yarış aprelin 18-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR