Azərbaycan karateçisi dünya çempionu oldu
16 aprel 2009 12:46 (UTC +04:00)
Bakı – APA. Danimarkanın Vibork şəhərində aşihara karate idman növü üzrə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yarışda 5 karateçi ilə təmsil olunan Azərbaycan yığması yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc qazanıb.
Həmvətənlərimizdən ən yaxşı nəticəni Səfər Cabbarov (60 kq) göstərib. O, bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. Eyni zamanda, Cabbarov “Ən texniki döyüşçü” nominasiyasının da qalibi olub.
Bundan başqa, Namiq Məmmədzadə (75 kq) ikinci, Ramin Əvəzzadə (65 kq) ilə Pənah Qurbanov (70 kq) isə üçüncü yeri tutub.

Döyüş növləri
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
17:32
6 sentyabr 2024
Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl, bir gümüş medal qazanıb - YENİLƏNİB
18:31
5 sentyabr 2024
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
02:45
26 avqust 2024