Bakıda keçiriləcək dünya çempionatında Ermənistanı 6 boksçu təmsil edəcək
06 aprel 2010 04:37 (UTC +04:00)
Bakı-APA. Aprelin 20-dən mayın 2-dək Bakıda boks üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. APA-nın PanARMENIAN.Net-ə istinadən verdiyi məlumata göər, Ermənistan həmin turnirdə 6 boksçu ilə təmsil olunacaq. Bunlar Koryun Soqomonyan (48 kq), Narek Abqaryan (51 kq), Artur Kiracyan (54 kq), Karen Tonakanyan (57 kq), Qrayr Matevosyan (60 kq) və Ohannes Baçkovdurlar (64 kq).
Ermənistanın gənclərdən ibarət yığmasının baş məşqçisi Derenik Voskanyan PanARMENIAN.Net-in müxbiri ilə söhbətində boksçuların 2009-cu ilin dekabrından çempionata hazırlaşdıqlarını bildirib. Onun sözlərinə görə, aprelin 6-da Ermənistan və Gürcüstan yığmaları sonuncu birgə məşqlərini keçəcəklər və aprelin 22-də yığma komanda Bakıya yola düşəcək. «Fikrimcə, boksçular yaxşı hazırlaşıblar. Onlara böyük ümidlər bəsləyirəm», deyə məşqçi bildirib.

Döyüş növləri
Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
22:56
14 sentyabr 2024
"Formula 1" üzrə Azərbaycan “Qran-pri”: İkinci sərbəst yürüşdə Şarl Lekler birinci olub
18:43
13 sentyabr 2024
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib
15:08
13 sentyabr 2024
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024