Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıblar
# 12 aprel 2010 08:26 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xabarovsk şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin apasport.az saytına verdiyi məlumata görə, 4 idmançı ilə mübarizə apardığımız yarışda komandamız 3 medal qazanıb.

Finalda Avstraliya boksçusuna qalib gələn İsmət Eynullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinalda uduzan Emil Məhərrəmovla Elvin Məmişzadə bürünc medalla kifayətləniblər.

Rusiyadan fərqli, Türkiyədə təşkil edilən beynəlxalq turnirdə idmançılarımız onlara bəslənilən ümidləri puç ediblər. 11 boksçu ilə təmsil olunduğumuz yarış Azərbaycan təmsilçiləri üçün medalsız başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR