Sərbəst güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Sərbəst güləş üzrə Azərbaycan çempionatı başa çatıb
# 16 iyun 2010 23:23 (UTC +04:00)
Bakı-APA. İyunun 16-da «Sərhədçi» İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb. 74, 84, 96 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Ümumilikdə 93 pəhləvanın mübarizə apardığı yarış gərgin və maraqlı keçib. Nəticələrlə tanış olun:

74 kq
1. Əşrəf Əliyev – Neftçi İC
2. Elnur Əliyev – Neftçi İC
3. Ruhid Əzimov – Lənkəran
3. Emin Əzizov – Neftçi İC

84 kq
1. Çamsulvara Çamsulvarayev – Atasport
2. Hacı Əlicanov – Zaqatala
3. Roman Bəkirov – Abşeron
3. Azər İsrafilov – Zenit İC

96 kq
1. Cəmaləddin Maqomedov – Atasport
2. Mehman İmanquliyev – Neftçi İC
3. Cavid Məmmədov – Gömrükçü İC
3. Şərif Şərifov – Atasport

120 kq
1. Toxtar Temrezov – Atasport
2. Maksim Proxorov – Atasport
3. Mixail Qazzayev – Atasport
3. Səlim İzaxarov – Zenit İC

Şəxsi yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara müvafiq diplom, medal və pul mükafatı veriləcək, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaqlar. Yığma komandada yer alan idmançılar tam dəst idman geyimi ilə təmin olunacaqlar.
Çempionatda 1-ci yeri tutan idmançı 4000 manat, 2-ci yeri tutan 2000 manat, 3-cü pillədə qərarlaşan güləşçi isə 1000 manat pul mükafatı alacaq. Həmçinin 1-ci yeri tutan idmançıların şəxsi məşqçilərinə də 1000 manat mükafat veriləcək. Birinci və ikinci yerləri tutan pəhləvanlar növbəti seçim yarışına qədər hər ay müvafiq olaraq 600 və 500 manat maaş alacaqlar.

Onu da qeyd edək ki, Azərbaycan çempionatında görüşlərin daha obyektiv və şəffaf keçirilməsi məqsədilə Azərbaycan Güləş Federasiyası tərəfindən qonşu dövlətlərdən olimpiya və beynəlxalq dərəcəli hakimlər dəvət edilib. Eyni zamanda, yarışları FİLA-nın təlimatçısı Konstantin Mixaylov da müşahidə edir. Yerli hakimlərlə yanaşı, Xorvatiya, İran, Türkiyə, Gürcüstan, Rusiya, Qırğızıstan, Yunanıstan və Rumıniyadan olan hakimlər də görüşlərin idarə edilməsində iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR