Azərbaycan boksçuları Ukraynaya beynəlxalq turnirə yollanırlar

Azərbaycan boksçuları Ukraynaya beynəlxalq turnirə yollanırlar
# 23 iyun 2010 12:38 (UTC +04:00)
Bakı – APA. İyulun 8-də Ukraynanın Mariupol şəhərində beynəlxalq boks turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı “Rabitəçi” klubu təmsil edəcək.
Turnirdə ölkəmizin şərəfini 5 idmanı - Elnur Zeynalov (57 kq), Emil İksanov (60 kq) İsmət Eynullayev (67 kq), Kamran Mehdiyev və Ramil Əliyev (hər ikisi 81 kq) qoruyacaq.
Ukraynaya yollanan heyətdə Ramil Əliyev ötən il analoji yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Moldova, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Litva, İsrail, Cənubi Koreya, Nigeriya, Tunis və Ermənistanın ən güclü boksçuları qüvvələrini sınayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR