Azərbaycan yığması təlim-məşq toplanışını Balakəndə keçirəcək

Azərbaycan yığması təlim-məşq toplanışını Balakəndə keçirəcək
# 10 yanvar 2011 12:48 (UTC +04:00)
Bakı - APA. Boks üzrə Azərbaycan yığması 2011-ci ildə ilk dəfə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, fevralın 8-14-də Macarıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşan milli komandamız bu məqsədlə Balakənə yola düşüb. Boksçularımız burada 15 gün təlim-məşq toplanışında olacaqlar.

Balakən Olimpiya Kompleksində keçiriləcək hazırlığa yığmanın yeni baş məşqçisi Yevgeni Kotov rəhbərlik edəcək. O, səfərə milli komandanın 1 və 2 nömrəli idmançılarını aparıb.

Qeyd edək ki, bu hazırlıq yığmanın Kotovun rəhbərliyi altında ilk toplanışıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR