Sərbəst güləş üzrə Respublika turniri keçirilib

Sərbəst güləş üzrə Respublika turniri keçirilib
# 12 yanvar 2011 18:53 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı İdman Sarayında 1996-97-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Respublika turnirinin final yarışlarına start verilib. İlk gün sərbəst növ üzrə 169 pəhləvan 10 çəki dərəcəsində turnirin qalibi adı uğrunda mübarizə aparıb. Mükafat yerləri aşağıdakı kimi bölüşüb:

32 kq
1. Kənan Ağamalızadə - 2 saylı nümayəndəlik, Sumqayıt
2. Nahid Fərzəliyev – 5 saylı nümayəndəlik, Şamaxı
3. Fərid İsmayılzadə - 2 saylı nümayəndəlik, Siyəzən
3. Aqil Feyzizadə - 4 saylı nümayəndəlik, Lənkəran

35 kq
1. Mahir Əmraslanov – 1 saylı nümayəndəlik, Bakı, ROİL
2. Qubad Qubadov – 4 saylı nümayəndəlik, Salyan
3. Ramin Eyvazov – 5 saylı nümayəndəlik, Şamaxı
3. Coşqun Məmmədov - 1 saylı nümayəndəlik, Bakı, ROİL

38 kq
1. Kənan Qasımlı – 4 saylı nümayəndəlik, Cəlilabad
2. Vasif Niyazlı – 7 saylı nümayəndəlik, Gəncə
3. Nurlan Mustafayev – 2 saylı nümayəndəlik, Abşeron
3. Əfqan Xoşalov – 7 saylı nümayəndəlik, Qazax

42 kq
1. Süleyman Vəliyev – 7 saylı nümayəndəlik, Gəncə
2. Arif Hüseynov – 2 saylı nümayəndəlik, Abşeron
3. Mirabbas Tağıyev - 1 saylı nümayəndəlik, Bakı, ROİL
3. Aqil Qasımov – 2 saylı nümayəndəlik, Sumqayıt

47 kq
1. Ruslan Abdullayev – 7 saylı nümayəndəlik, Gəncə
2. Orxan Əliyev – 4 saylı nümayəndəlik, Şirvan
3. Pənah İlyaslı – 7 saylı nümayəndəlik, Qazax
3. Hüseyin Mahmudov - 1 saylı nümayəndəlik, Bakı, 9 saylı UGİM

53 kq
1. Məhəmməd Həsənzadə - 4 saylı nümayəndəlik, Cəlilabad
2. Vüsal Əlizadə - 1 saylı nümayəndəlik, Bakı, Gömrükçü
3. Mirmöhsüm Quluzadə - 1 saylı nümayəndəlik, Bakı, 6 saylı UGİM
3. Turan Sadıqov – 4 saylı nümayəndəlik, Füzuli

59 kq
1. Ruslan Aslanov – 2 saylı nümayəndəlik, Abşeron
2. Sabir Qarayev – 1 saylı nümayəndəlik, Bakı, Zenit
3. Cavid Məmmədov – 7 saylı nümayəndəlik, Qazax
3. Rövşən Vəlizadə - 7 saylı nümayəndəlik, Şəmkir

66 kq
1. Turxan Qurbanov - 1 saylı nümayəndəlik, Bakı, Zenit
2. Məmmədhüseyn Həsənov - 1 saylı nümayəndəlik, Bakı, Təhsil
3. İsmayıl Abbasov – 5 saylı nümayəndəlik, İsmayıllı
3. Maxaç Mirzəyev – 1 saylı nümayəndəlik, Bakı, Həyat GK

73 kq
1. Yaşar Zamanov - 1 saylı nümayəndəlik, Bakı, Təhsil
2. Murad Rəhmanov - 1 saylı nümayəndəlik, Bakı, Neftçi
3. Cahid Qədəşov - 1 saylı nümayəndəlik, Bakı, 16 saylı UGİM
3. Ənvər Abbasov – 7 saylı nümayəndəlik, Gəncə

85 kq
1. Aqşin Məmmədov - 1 saylı nümayəndəlik, Bakı, ROİL
2. Maqomed Kurbanov - 1 saylı nümayəndəlik, Bakı, Həyat GK
3. Rəhman Abdullayev – 7 saylı nümayəndəlik, Gəncə
3. Murad İmanverdiyev - 1 saylı nümayəndəlik, Bakı, Məhsul

Yarışda ötən il Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərinin keçirdiyi təsnifat yarışlarında mükafata layiq yerlər tutmuş idmançılar iştirak edirlər. Turnirin təşkilində əsas məqsəd aşağı yaş qrupları üzrə yığma komandalara layiqli ehtiyat qüvvə formalaşdırmaqdir. Qaliblər Federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif edilirlər. Yanvarın 13-də Respublika turnirin final yarışlarında yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.
Yanvarın 15-də isə, Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR