Kəmaləddin Heydərov: “Məqsədimiz boks üzrə hər çəkidə London Olimpiadasına lisenziya qazanmaqdır”

Kəmaləddin Heydərov: “Məqsədimiz boks üzrə hər çəkidə London Olimpiadasına lisenziya qazanmaqdır”
# 31 yanvar 2011 14:21 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidenti Kamaləddin Heydərov deyib.

Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və ABF arasında müqavilənin imzalanması mərasimində iştirak edən federasiya başçısı 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Olimpiada ilə bağlı fikirlərini açıqlayıb: “Hər çəkidə lisenziya qazanmaq məqsədimizdir. İnanıram ki, biz buna nail olacağıq. Kütləvilik nəticələr üçün stimul olacaq. Hər bir idmançının qarşısındakı əsas məqsəd qızıl medal qazanmaq olur. Bu, idmandır. Söz verə bilmərik ki, qızıl medal qazanacağıq. Amma bunun üçün çalışırıq”.

Qeyd edək ki, bu il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda təşkil olunacaq dünya çempionatı olimpiadaya lisenziya xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR