Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı
02 may 2011 11:19 (UTC +04:00)
Bakı – APA. Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək cambo üzrə Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız mayın 12-16-da keçiriləcək yarışda baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında 9 idmançı ilə təmsil olunacaq.
Belə ki, Bolqarıstanda Azərbaycanın idman şərəfini Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Cavidan Qarayev (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Asif Fətəlibəyov (90 kq) qoruyacaqlar. Döyüş sambosu üzrə yarışlarda isə Qasım Rəcəbov (68 kq) və Bəxtiyar Abbasov (90 kq) qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış ərəfəsində Avropa Sambo Federasiyasının konqresi də baş tutacaq. Bunun üçün səfərə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da yollanacaq. Cabir İsmayılov isə Sofiyaya ədalət təmsilçisi kimi gedəcək.

Döyüş növləri
"Formula 1" üzrə Azərbaycan “Qran-pri”: İkinci sərbəst yürüşdə Şarl Lekler birinci olub
18:43
13 sentyabr 2024
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib
15:08
13 sentyabr 2024
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
17:32
6 sentyabr 2024