Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar

Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəyə başlayırlar
# 06 mart 2012 12:00 (UTC +04:00)
Bakı – APA. Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatına start verilir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 66 və 96 kq çəkidə sərbəst güləşçilər, 48 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparacaqlar.
Yığma komandamızın üzvlərindən isə döşəyə Emin Əzizov (66 kq), Novruz Temrezov (96 kq) və Marziget Baqomedova (48 kq) çıxacaqlar.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 17.00-da, final və 3-cü yer uğrunda görüşlər saat 22.00-da başlayacaq. Həlledici görüşləri İdman Azərbaycan və TRT-3 kanalından canlı yayımlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR