Boks üzrə Avropa çempionatına Azərbaycan millisi tam heyətlə yollanır
18 iyun 2012 14:13 (UTC +04:00)
Bakı-APA. İyunun 23-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması qitə birinciliyində tam tərkibli heyətlə (13 boksçu) mübarizə aparacaq.
Millimizin heyətinə Elnur Şəfizadə (48 kq), Tayfur Əliyev (50 kq), Məsud Yusifzafə (52 kq), Məhəmmədəli Tahirov (+ 80 kq) kimi yetərincə beynəlxalq təcrübəsi olan idmançılar daxil edilib. Sofiyada digər çəki dərəcələrində Elməddin İsmayılov (46 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Cavid Quliyev (60 kq), Sirac Süleymanov (63 kq), Hüseyn Tanrıverdi (66 kq), Şamil Əliyev (70 kq), Nicat Sadıqov (75 kq) və Orxan Əliyev (80 kq) rinqə çıxacaqlar. Final döyüşləri iyunun 30-da keçiriləcək.
Komandaya məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayev rəhbərlik edəcəklər. Avropa çempionatının texniki nümayəndəsi Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev olacaq.

Döyüş növləri
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
17:32
6 sentyabr 2024
Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl, bir gümüş medal qazanıb - YENİLƏNİB
18:31
5 sentyabr 2024
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
02:45
26 avqust 2024
Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
05:53
25 avqust 2024