Azərbaycan güləşçisi gənclərin Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi gənclərin Avropa çempionatında gümüş medal qazanıb
# 22 iyun 2012 11:39 (UTC +04:00)
Bakı – APA. Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.

51 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. İdmançımız ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu gün isə Avropa çempionatında gənc qızların mübarizəsində 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR