Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
# 27 iyun 2012 07:47 (UTC +04:00)
Bakı-APA. Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın dördüncü günündə də püşkə əsasən Azərbaycan v Ermənistan idmançıları rinqə çıxmalı olublar.

70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib. Bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər.

Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun 1/4 finala yolunu açıb. Təssüff ki, 75 kq çəki dərəcəsində yarışan Nicat Sadıqov Belarusun digər təmsilçisi Nikita Samtsovu üstələyə bilməyib. 1 xalla rəqibinə uduzan (12:13) boksçumuz Avropa birinciliyindən kənarda qalıb.

Ən ağır çəkili boksçumuz (80+kq) Məhəmmədəli Tahirovun da bəxtinə Belarus boksçusu düşüb. Ancaq milli komandamızın üzvü Kiril Xarlanovun öhdəsindən gələ bilib. 13:7 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala vəsiqə qazanıb.

Bu gün Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçiriləcək. Yarışa isə iyunun 30-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR