AFFA Emil İsgəndərovu hakimlikdən uzaqlaşdırıb

AFFA Emil İsgəndərovu hakimlikdən uzaqlaşdırıb
# 01 may 2007 14:14 (UTC +04:00)
AFFA milli dərəcəli hakim Emil İsgəndərovu hakimlikdən uzaqlaşdırıb. Bu haqda “APA-Sport” agentliyinə açıqlamasında Hakimlər Komitəsinin sədri Əli Hüseynov məlumat verib. HK sədri bildirib ki, bu gün keçirilən iclasda Emil İsgəndərovun səhvləri ilə yanaşı, mətbuatda söylədiyi fikirlər haqqında belə sərt qərar çıxarılmasına səbəb olub: “Hakimlər haqda məcəllənin 17-ci maddəsində AFFA rəsmiləri haqda mətbuatda şərəfi və ləyaqəti alçadan fikirlərlə çıxış etməklə bağlı cəza tədbiri nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, Emili hakimlikdən kənarlaşdırırdıq. Cəzanın konkret müddəti yoxdur”. Əvvəllər bir neçə dəfə cəzalanan E.İsgəndərov cari mövsümdə baş hakim kimi Azərbaycan çempionatının birinci dəstə oyunlarına təyinat alırdı.
Qeyd edək ki, ötən mövsüm Xaqani Məmmədov, Zöhrab Qədiyev, Məhəmməd Məmmədov, Munis Abdullayev və Anar Salmanov hakimlikdən uzaqlaşdırılmışdı. M.Abdullayevlə A.Salmanov sonradan bağışlanaraq, hazırda birinci dəstə oyunlarına təyinat alır. M.Məmmədov isə hakim-inspektor kimi çalışır. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR