Şahin Diniyev qapıçı və mərkəz müdafiəçisi axtarır

Şahin Diniyev qapıçı və mərkəz müdafiəçisi axtarır
# 17 may 2007 11:04 (UTC +04:00)
Azərbaycan milli komandasının Polşa və Qazaxıstanla oyunlara çağırılacaq heyətində üç qapıçının olacağı gözlənilir. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında yığmanın baş məşqçisi Şahin Diniyev heyətə üçüncü qapıçını da dəvət etmək variantının mümkünlüyünü bildirib. İndiyədək millinin oyunlarına iki qapıçı dəvət edən Ş.Diniyev zədə, yaxud digər problemləri nəzərə alaraq, sərəncamında üçüncü qapıçının da olmasını düşünür. Baş məşqçi bu dəfə siyahıya əvvəlkilərdən fərqli olaraq, futbolçuların sayının 20-dən çox olacağı haqda bunları deyib: “Heyətdəki futbolçuların sayının 20-dən çox olacağı gözləniləndi. Ancaq say 25 yox, maksimum 22 nəfər olacaq. Həmişəki kimi, kəmiyyətə yox, ilk növbədə keyfiyyətə üstünlük verəcəyəm”. Ş.Diniyev mərkəz müdafiəçisi mövqeyinə də oyunçu axtarır. Hazırda millimizdə müdafiənin mərkəzində “Qarabağ”ın oyunçusu Samir Abbasov çıxış edir və son oyunlara çağırılan heyətdə onu libero mövqeyində əvəzləyən futbolçu yer almayıb. “Karvan”ın müdafiəçisi Ernani Pereyranın zədə səbəbindən qarşıdakı oyunlarda millinin heyətində yer almayacağını nəzərə alsaq, Polşa və Qazaxıstanla görüşlərdə iki liberonun olması məqsədəuyğun sayılıb. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR