Niyazi Xələfov Avropa çempionatının ¼ finalında Avropa və Qafqaz kubokunun mükafatçısı ilə oynayacaq

Niyazi Xələfov Avropa çempionatının ¼ finalında Avropa və Qafqaz kubokunun mükafatçısı ilə oynayacaq
# 26 may 2007 09:09 (UTC +04:00)
Azərbaycan bilyardçısı Niyazi Xələfovun Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatının ¼ final mərhələsindəki rəqibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bu mərhələyə təsəlliverici görüşlərdən sonra vəsiqə qazanan həmyerlimiz belaruslu Aleksandr Kostyukovetslə qarşılaşacaq. Dünya reytinq sıralamasında 46-cı olan və ciddi uğur qazanmayan 31 yaşlı həmyerlimizdən fərqli, 21 yaşlı rəqibi Avropa və Qafqaz kuboku turnirlərinin bürünc mükafatçısıdır. A.Kostyukovets həmçinin, dünya reytinq sıralamasında 25-ci pillədə qərarlaşıb. ¼ və ½ final görüşləri bu gün keçiriləcək. 15000 ABŞ dolları mükafat fondu olan yarışın qalibi sabah keçiriləcək final oyunundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, turnirdə yarışan digər bilyardçımız, milli komandanın lideri Seymur Məmmədov 1/8 finalda məğlub olaraq, mükafatlar uğrunda mübarizəni dayandırıb. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR