Arno Paypers: “Azərbaycan yığması ilə oyun bizim üçün çətin olacaq”

Arno Paypers: “Azərbaycan yığması ilə oyun bizim üçün çətin olacaq”
# 30 may 2007 12:52 (UTC +04:00)
“Ermənistan və Azərbaycan milliləri ilə qarşıdakı oyunlar bizim üçün çətin olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Arno Paypers deyib. Hollandiyalı çalışdırıcının sözlərinə görə, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun əvvəllərində Ermənistan və Azərbaycanla keçirəcəkləri görüşlərdə yeganə məqsədləri yaxşı nəticə göstərməkdən ibarət olacaq: “Ermənistan və Azərbaycan yığmaları eyni səviyyəli komandalardır. Buna görə də proqnoz vermək çətindir. Ümid edirəm ki, uşaqlar xarakterlərini göstərəcəklər”. Heyətlə bağlı problemlərdən danışan hollandiyalı mütəxəssis iki aparıcı futbolçu, Kayrat Aşirbekov və Sergey Skorıxın qarşıdakı görüşləri buraxacağını bildirib. O, Andrey Travin və Nikita Xoxlovun isə müxtəlif səbəblərdən oyun praktikasına malik olmadıqlarını vurğulayıb. A.Paypers seçəcəkləri taktikanı açıqlamaqdan imtina edib: “Bütün sirləri açmayacağam. Komandamız oyununu meydançadakı situasiyaya uyğun quracaq. Məqsədimiz müsbət nəticə göstərməkdir və biz də bunun üzərində işləyəcəyik”. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR