Serbiya Futbol Assosiasiyasının baş katibinin köməkçisi Qradimir Brankoviç Azərbaycana gəlir

Serbiya Futbol Assosiasiyasının baş katibinin köməkçisi Qradimir Brankoviç Azərbaycana gəlir
# 06 iyul 2007 16:16 (UTC +04:00)
Serbiya Futbol Assosiasiyasının (FAS) baş katibinin köməkçisi Qradimir Brankoviç Azərbaycana gəlir. “APA-Sport” agentliyinin məlumatına görə, Q.Blankoviç iyulun 8-dən 10-dək ölkəmizdə işgüzar səfərdə olacaq. FAS rəsmisini səfər zamanı Serbiyanın “Plavi Plavi” agentliyinin nümayəndəsi Snejana Maluşeviç müşayiət edəcək. Serbiyalı qonaqların səfərində məqsəd milli komandalarının yığmamızla oyunu ilə əlaqədar Bakıdakı stadionlar və otellərlə tanış olmaqdır.
Qeyd edək ki, millimizin Serbiya ilə 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıdakı oyunu oktyabrın 17-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR