“Neftçi” Münhen şəhərində gəzintiyə çıxıb

“Neftçi” Münhen şəhərində gəzintiyə çıxıb
# 09 iyul 2007 14:02 (UTC +04:00)
“Neftçi” klubunun UEFA kubokunun birinci təsnifat mərhələsində “Rid” ilə iyulun 19-da səfərdə keçirəcəyi oyunadək Avstriyada qalacağı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriyada viza müddətinin artırılması məsələsini həll edən dördqat Azərbaycan çempionu daha on gün bu ölkədə qalacaq. Komandamızın bu ölkədə hazırlıq prosesinin iyulun 11-dək nəzərdə tutulub. Ancaq püşkdə rəqibin Avstriya klubu olması və ilk oyunun səfərdə keçirilməsi “Neftçi”nin planlarında dəyişikliyi zəruri edib. Bu səbəbdən viza problemini həll etmək lazım gəlib. “Neftçi” bununla bağlı müraciət etdiyi Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun köməyi ilə viza məsələsini Almaniyada həll edib. Komanda Bakıda olarkən Avstriyaya yollanmağa imkan verən Şengen vizasını Azərbaycanın Almaniyadakı səfirliyindən alıb. Qeyd edək ki, “Neftçi” viza məsələsini həll etmək üçün yollandığı Almaniyanın Münhen şəhərində gəzintidə olub. Bu gün axşam saatlarında Avstriyanın Zalsburq şəhərinə qayıdan “Neftçi” iyulun 13-də məkanını dəyişəcək. Komandamız həmin gündə Rid şəhərinə yaxın olan məkana köçməyi planlaşdırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR