“Neftçi” iştirak ərizəsini UEFA-ya göndərib

“Neftçi” iştirak ərizəsini UEFA-ya göndərib
# 10 iyul 2007 13:17 (UTC +04:00)
“Neftçi” çıxış edəcəyi UEFA kubokuna iştirak ərizəsini bu gün qitə futbol qurumuna göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu sifariş vərəqəsində 23 futbolçunun adını göstərib. İştirak ərizəsinə yer alan futbolçuların sayının 25 olması nəzərdə tutulub ki, “Neftçi” Avstriyanın “Rid” klubu iyunun 19-da keçirəcəyi ilk oyuna bir sutka qalanadək daha iki oyunçu sifariş edə bilər. Sifariş vərəqələri bir neçə hissədən ibarət olur. Belə ki, komandalar yaşı 21-i keçməyən və ən azı üç il onun şərəfini qoruduğu futbolçunu sifariş etmək üçün vərəqələr göndərir. “Neftçi”də yaşı 21-i keçməyən futbolçular 20 yaşlı Ruslan Abışov, 18 yaşlı Elçin Sadıqovla Tural Nərimanov və 17 yaşlı Eşqin Quliyev, ən azı üç ildir şərəfini qoruyanlar Rəşad Sadıqovla Zaur Tağızadədir. Transferə çıxardığı serbiyalı qapıçı Vladimir Miçoviçi saxladıqdan sonra “Neftçi” Avstriyaya apardığı 22 yaşlı qapıçı Anar Nəzirovu UEFA kubokunun ilk təsnifat mərhələsi oyunlarından kənar qoyub. Əvəzində “Neftçi-2” və 19 yaşlılardan ibarət yığma komandanın qapıçısı E.Sadıqov sifariş edilib.
“Neftçi”nin hücumçusu Samir Əliyev daşıdığı 79 nömrəli Tural Nərimanova verərək, 9 nömrəni götürüb. “Neftçi”yə “Bakı”dan gələn futbolçulardan Rail Məlikov futbolçu karyerasını başa vuraraq, komandada məşqçi işləyən İqor Getmanın daşıdığı 2 nömrəni götürüb. Ramin Quliyevlə Ramazan Abbasov “Bakı”da olduğu kimi, müvafiq olaraq 7 və 17 nömrələri daşımaq istəyib. Ancaq bu nömrələr “Neftçi”nin oyunçuları Vadim Boretslə Aqil Məmmədov olduğundan, R.Quliyev 77, R.Abbasov 11 nömrəni götürüb.
Qapıçılar: 1. Vladimir Miçoviç, 12. Hüseyn Məhəmmədov, 55. Ruslan Məcidov, 71. Elçin Sadıqov. Müdafiəçilər: 2. Rail Məlikov, 4. Namiq Yusifov, 5. Elnur Allahverdiyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 77. Ramin Quliyev, 79. Tural Nərimanov. Yarımmüdafiəçilər: 3. Eşqin Quliyev, 6. Rəşad Sadiqov, 7. Vadim Borets, 8. Aleksandr Çertoqanov, 11. Ramazan Abbasov, 17. Aqil Məmmədov, 22. Zaur Tağızadə (k), 32. Nazar Bayramov. Hücumçular: 9. Samir Əliyev, 10. Georgi Adamiya, 20. Branimir Subaşiç, 21. Nadir Nəbiyev. /APA-Sport/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR