Samir Musayev “Bakı” klubunu tərk edib

Samir Musayev “Bakı” klubunu tərk edib
# 11 iyul 2007 15:48 (UTC +04:00)
Samir Musayev “Bakı” klubu ilə yollarını ayırıb. Bu barədə “APA-Sport” agentliyinə futbolçunun özü məlumat verib. 28 yaşlı hücumçu klubdan gedişinə bu gün aydınlıq gəldiyini bildirib: “Klub rəhbərliyilə yeni müqavilə barədə söhbətim oldu. Maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədik. Artıq transfer vərəqəmi almışam və yeni variantları nəzərdən keçirəcəyəm”.
Qeyd edək ki, yanvarda “Qarabağ”dan transfer edilən S.Musayev “Bakı” ilə yollarını “Simurq”la yoxlama oyununda vurduğu qolla tərk edib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR