İqor Nakoneçnı: “Niyə “MKT-Araz” həmişə ilk kubok oyunlarını evdə keçirməlidir?”

İqor Nakoneçnı: “Niyə “MKT-Araz” həmişə ilk kubok oyunlarını evdə keçirməlidir?”
# 12 iyul 2007 11:55 (UTC +04:00)
UEFA kubokunda Azərbaycanı təmsil edəcək İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnının “APA-Sport” agentliyinə eksklüziv müsahibəsi

- Ukraynadakı hazırlıq prosesini necə dəyərləndirərdiniz?
- Hazırlığımızın daha dərindən təhlilini hələ etməmişik. Bakıya qayıtdıqdan sonra bununla bağlı müzakirələr aparacağıq. Ancaq hər halda, indidən müəyyən fikir yürütmək olar ki, . hazırlıq prosesini qənaətbəxş saydığımı deyə bilərəm. Təlim-məşq toplanışının ilk mərhələsində keçirdiyimiz oyunlarda qeydə alınan nəticələr mənfi oldu. Ancaq getdikcə vəziyyət düzəlməyə başladı. Sonrakı yoxlama görüşlərində qənaətbəxş nəticə qazana bildik.
- Ancaq fakt odur ki, yoxlama oyunlarını qələbəsiz başa vurdunuz. Hətta böyük hesablı məğlubiyyətlər də oldu...
- Yoxlama oyununda məğlubiyyət də xeyirlidir. O mənada ki, bu düşünməyə, yaxşılığa doğru nəticə çıxartmaq baxımından əsas, “qida” verir. Yoxlama görüşlərində nəticədən daha çox heyətin kompleksləşməsinə diqqət yetirirdik. Bu məqam bizi daha çox maraqlandırırdı. Deyə bilərəm ki, son yoxlama matçlarında artıq sabit heyəti müəyyənləşdirə bildik. Bizim üçün də əsas bu idi.
- Mövsüm bitəndən sonda heyətdə köklü dəyişikliklər apardınız. UEFA kubokuna vəsiqə qazanan heyətdən çox az futbolçu saxlamısınız. Heyətdəki belə radikal dəyişikliklər UEFA kuboku oyunlarında problem yaratmayacaq?
- Təbii ki, yaradacaq. Biz ötən mövsümün əvvəlində də yeni heyət qururduq. Ancaq bu dəfə etdiyimiz dəyişikliklər daha köklü oldu ki, bu addımı atmağımız zəruri idi. Ancaq ümidimizi itirmirik. Düzdür, UEFA kubokunun ilk oyununa az qalıb və problemlərimiz bizi qayğılandırır. Ancaq fikrimcə, yeni çempionat başlayanadək heyətlə bağlı vəziyyət normallaşacaq.
- Yoxlama oyunlarını yalnız Ukrayna klubları ilə keçirdiniz...
- Başqa variant yox idi. Çünki təlim-məşq toplanışı keçirdiyimiz Aluşta şəhərində yalnız Ukrayna klubları məskən salmışdı. Hər halda, yoxlama oyunlarını səviyyəli rəqiblərlə keçirdik.
- Ukraynaya apardığınız çoxlu yerli futbolçular arasında ümidləri doğrultmayanlar oldumu?
- Hər biri hazırlıq prosesində var gücü ilə işləyərək etimadı qazanmağa çalışdı. Onların hamısını heyətdə saxlayacağımı dəqiq deyə bilmərəm. UEFA kubokuna cəmi 13 futbolçu sifariş etməyimiz bizimlə müqaviləsi olanların adlarının iştirak ərizəsinə daxil etməyimizlə bağlıdır. İştirak ərizəmizdə kifayət qədər yer var və Ukraynada bizimlə olan futbolçulardan müqavilə bağlayacağımızı sifariş edəcəyik. Bütün bunlara Bakıya qayıtdıqdan sonra aydınlıq gələcək.
- “Karvan”ın buraxmaq istəmədiyi, “MKT-Araz”ın Ukraynaya apardığı futbolçu Samir Abdulovun da məsələsinə?
- Samir bir futbolçu kimi mənə lazımdır. Ancaq bu futbolçunu keçidinin həlli məndən yox, klub rəhbərliyindən asılıdır.
- Transfer etdiyiniz üç yeni legionerdən başqa, əcnəbi futbolçular “MKT-Araz”a cəlb olunacaq?
- Böyük ümidlərlə transfer etdiyimiz bu üç futbolçu ilə legioner transferini yekunlaşdırmaq fikrində deyilik. Bizə legioner hücumçu lazımdır. Bakıda olduğumuz müddətdə sərəncamınıza legioner hücumçunun gələcəyi gözlənilir. Bu haqda konkret açıqlama vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, səviyyəli legioner hücumçu axtarışındayıq və bu səbəbdən seçim prosesinə xüsusi diqqət yetiririk. Legioner hücumçu ilə bağlı yanılmamağa çalışırıq. UEFA kubokunun ilk mərhələsində Polşanın “Qrotslin” klubu ilə oyunlarınadək legioner hücumçu transferini reallaşdırmağa çalışacağıq. İstəyimizə çatmasaq, bunu sonradan çempionat başlayanadək həll etmək fikrindəyik.
- Hücumdan başqa, digər mövqelərdə legioner transferi gözləniləndir?
- Yox. Qapıçımız var, müdafiədə də əcnəbi futbolçuya ehtiyac duymuruq. Bizə orta sahədə legionerlər lazım idi ki, bu istəyimizi reallaşdırdıq. Serbiyalı Milutim Trnavak hücumameylli yarımmüdafiəçidir. Ukraynalı Andrey Danayevlə Rusiyalı Umar Karsanov isə dayaq yarımmüdafiəçisi funksiyalarını yerinə yetirir. Yeni legionerlərimizin, ümumilikdə, yeni heyətin nəyə qadir olmasını UEFA kubokunda “Qrotslin”lə oyunlar göstərəcək. Çempionat başlananadək ilk ciddi sınağımız UEFA kubokunda olduğundan, bütün gücümüzü “Qrotslin”lə görüşə səfərbər edəcəyik.
- UEFA kubokuna komandanı tam hazır sayırsınız?
- Haradasa 60-70 faiz hazırlıq.
- “Qrotslin” haqda lazım məlumat toplaya bilmisinizmi?
- Bununla da bağlı problem qalır. Bilirsiniz, vaxt azdır, görüləsi işlər isə çoxdur.
- Xeyli müddət Polşa çempionatında çıxış edən moldovalı hücumçumuzun Anatoli Doroşun bu işdə köməyi dəyməyib?
- Dəyib. Doroş “Qrotslin” haqda məlumat toplamağımıza bizə yardımçı olur. Bakıya qayıtdıqdan sonra rəqib haqda daha dolğun məlumat almağa çalışacağıq. Həmin vaxt “Qrotslin”nin oyunu olan kasetin sərəncamında olacağı gözlənilir. Kaseti izləməklə rəqibi təhlil edəcəyik.
- Püşkə görə, “Qrotslin”lə ilk oyun səfərdə keçiriləndə bunu mərhələ adlamaq baxımından qənaətbəxş saymışdınız. Ancaq sonradan ilk oyunu “ev”də keçirməyimiz bəlli oldu...
- İlk oyunda məkanla bağlı dəyişiklik ürəyimcə olmadı. Bilirəm ki, bu “Neftçi” ilə avrokuboklarda oyunumuzu eyni stadionunda keçirdiyimizə görə edildi. Ancaq mən ilk oyunun səfərdə keçirilməsini istəyirdim. Püşk istəyimi gerçəkləşdirdiyi halda, sonradan edilən dəyişiklik məni narazı saldı. Başa düşmürəm, niyə “MKT-Araz” həmişə kubok oyunlarında ilk matçını evdə keçirməlidir? Azərbaycanda kubok yarışlarında belə oldu, indi də UEFA kubokunda. Kubok oyunlarında cavab görüşünü öz meydanda keçirmək daha yaxşıdır. Nəhayət, UEFA kubokunda belə imkan əlimizə düşmüşdü və hazırlığımızı da buna uyğun qurmuşduq. Ancaq sonradan belə xoşagəlməz halla üzləşdik.
- İlk oyunu Azərbaycanda keçirməyiniz UEFA kubokunda ikinci mərhələyə adlamaq şanslarımızı azaldır?
- Şanslar bərabərdir.
- “Xəzər-Lənkəran”ın transferə çıxardığı Mahmud Qurbanovu “MKT-Azar”a keçidini nə dərəcədə real sayırsınız?
- Mahmudu bir futbolçu kimi tanıyıram, səviyyəsinə bələdəm. Mahmud yaxşı futbolçu olsa da, hazırda onun keçidini real saymıram. Hər halda bu transferi gerçəkləşdirmək artıq gecdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR