“Xəzər-Lənkəran” klubunun aparıcı futbolçuları zəhərləniblər

“Xəzər-Lənkəran” klubunun aparıcı futbolçuları zəhərləniblər
# 12 iyul 2007 14:39 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu aparıcı futbolçuları ilə bağlı problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, dünən komandanın daxili iclasında kapitan seçilən Emin Quliyevlə ötən mövsümün ən sərrast hücumçusu Zaur Ramazanov qarpızdan zəhərləniblər. Nəticədə özlərini pis hiss edən, hərarətləri yüksələn futbolçulara bir müddət istirahət verilib. Həkimlərin köməyindən sonra hər iki futbolçunun vəziyyəti yaxşılaşmaq üzrədir. Klubun baş məşqçisi Ağasəlim Mircavadov futbolçuların qidalanma məsələsinə diqqət yetirərək, həkimlərə bununla bağlı lazımi tapşırıqlar verib. Ancaq komandanın həkimlərinin E.Quliyevlə Z.Ramazanovun qidalanmasına nəzarət edə bilməməyi səbəbsiz olmayıb. Belə ki, bu futbolçular istirahət məqsədilə birgünlük evlərinə buraxıldıqları zamanı zəhərləniblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR