Rəşad Sadıqov “Rid” ilə görüşü buraxa bilər

Rəşad Sadıqov “Rid” ilə görüşü buraxa bilər
# 14 iyul 2007 09:59 (UTC +04:00)
“Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqovla problemi yaranıb. “APA-Sport” agentliyinin məlumatına görə, Almaniyaya müayinəyə yollanan futbolçunun UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rid” klubu ilə görüşdə meydana çıxacağı sual altına düşüb. Bel ağrılarından əziyyət çəkən müdafiəçinin müayinəsinin nəticəsi zədəsinin ciddi olmasını aşkara çıxarıb. R.Sadıqova ağır yüklənmədən qorunmaq tövsiyə edilib və zədə problemini yoluna qoymaq üçün cərrahiyyə əməliyyatı olunması məqsədəuyğun sayılıb. Belə olan halda, R.Sadıqov sağalması üçün bir ay gözləməli olacaq. Futbolçu isə komandasının UEFA kubokundakı oyunları ilə əlaqədar əməliyyatı sonraya saxlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR