Murad Məmmədov UEFA kubokunda “Aktobe” “Mattersburq” oyununun hakim-inspektoru olacaq

Murad Məmmədov UEFA kubokunda “Aktobe”  “Mattersburq” oyununun hakim-inspektoru olacaq
# 16 iyul 2007 09:37 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədova yeni təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, M.Məmmədov UEFA kubokunda “Aktobe” (Qazaxıstan) “Mattersburq” (Avstriya) oyununun hakim-inspektoru olacaq. M.Məmmədov bu komandaların iyulun 19-da keçiriləcək UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində ilk görüşündə hakimlərə qiymət verəcək. Digər beynəlxalq dərəcəli hakim-inspektorumuz Asim Xudiyev isə UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində avqustun 2-də Belarusda yerli “Dinamo” ilə Latviyanın “Metallurq” klubları arasında keçiriləcək cavab oyununda hakim-inspektor alacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR