“Standard Bakı” serb hücumçu Deyan Deyankiçlə bir illik müqavilə imzalayıb

“Standard Bakı” serb hücumçu Deyan Deyankiçlə bir illik müqavilə imzalayıb
# 19 iyul 2007 09:18 (UTC +04:00)
“Standard Bakı” 21 yaşlı serbiyalı hücumçu Deyan Deyankiçi transfer edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Standard Bakı” Serbiyanın “Voyevodina” klubundan baxışa dəvət etdiyi D. Deyankiçlə bir illik müqavilə bağlayıb. Paytaxt klubu baxışda olan digər legionerlərini “Bakı” ilə keçirdiyi yoxlama oyunundan sonra geri qaytarıb. Qeyd edək ki, “Standard Bakı”nın Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazandıqdan sonra keçirdiyi ilk yoxlama oyunu uğursuz olub. Belə ki, komanda həmşəhərliləri “Bakı”ya böyük hesabla məğlub olub 0:3. “Bakı”nın yeni transferlərindən olan 25 yaşlı paraqvaylı hücumçu İsrail Rodriges güclülər dəstəsinin debütantının qapısına iki dəfə yol tapıb. “Bakı”nın daha bir qolunun müəllifi Emin Əmiraslanov olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR