Avstriyalılar Branimir Subaşiçi “Rid” “Neftçi” oyununun ən yaxşı futbolçularından sayır

Avstriyalılar Branimir Subaşiçi “Rid”  “Neftçi” oyununun ən yaxşı futbolçularından sayır
# 20 iyul 2007 13:39 (UTC +04:00)
Avstriyalılar UEFA kubokunun ilk təsnifat mərhələsində “Rid” “Neftçi” oyununun (3:1) ən yaxşılarını seçib. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi”nin heyətində ən yaxşı üç futbolçu Samir Əliyev, Rəşad Sadiqov və serbiyalı legioner Branimir Subaşiç elan olunub. S. Əliyev “Rid”in qapısına vurulan yeganə qolun müəllifi olduğu halda, onu ikinci hissədə əvəzləyən B. Subaşiç oyunda yaxşı mənada fərqlənməyib. Belə ki, avstriyalıların ən yaxşı saydığı B. Subaşiç hesab 1:1 olarkən “Rid”in qapısı qarşısında yüz faizli qol imkanın qaçıran, həm də meydana çıxdıqdan az sonra kobud oyuna görə sarı vərəqə alan futbolçu olub. R. Sadiqov oyunu yaxşı səviyyədə keçirsə də, qapımıza vurulan son iki qolda səhv buraxması ilə yadda qalıb. Belə ki, qapımıza ikinci qol vurularkən kobud oyuna görə cərimə zərbəsinin təyin edilməsinin səbəbkarı olan R. Sadiqovun sonuncu dəqiqədə topu itirməsi qapımıza üçüncü qolun vurulması ilə nəticələnib. “Rid”də ən yaxşı dörd futbolçu Nerviq Dreşel, Evald Brenner, Harun Erbek və “Neftçi” ilə oyun öncəsi transfer edilən Avstriya millisinin sabiq müdafiəçisi Ernst Dospeli seçilib. Qeyd edək ki, N. Dreşellə E. Brenner “Neftçi”yə vurulan ilk iki qolun müəllifi, türk əsilli H. Elbek üçünü qolun vurulmasında məhsuldar ötürmə verən futbolçu olub. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR