Azərbaycanın aparıcı futbol hakimləri milli çempionatın oyunlarını idarə etməkdən imtina ediblər

Azərbaycanın aparıcı futbol hakimləri milli çempionatın oyunlarını idarə etməkdən imtina ediblər
# 20 iyul 2007 13:40 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, hakimlərin bu addımı atmasına Əli Hüseynovun AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri vəzifəsindən istefaya göndərilməsi səbəb olub. Bu qərara narazılıqlarını bildirən hakimlər AFFA-nın XII növbədənkənar konfransından sonra onlar üçün təşkil edilən toplantını yarımçıq tərk ediblər. AFFA prezidenti Ramiz Mirzəyev, yeni baş katib Elxan Məmmədov, onun müavini Ələddin Ağainin iştirak etdiyi yığıncağa ölkənin digər hakimləri, eləcə də beynəlxalq dərəcəli hakimləri Fariz Yusifovla Arif Ağayev qatılıblar. Narazı hakimlər isə
iclası yarımçıq tərk etdikdən sonra AFFA-nın həyətinə toplaşaraq, Ə. Hüseynovun vəzifəsinə qayıdılmasını tələb ediblər. Əks təqdirdə onlar növbəti milli çempionatda hakimlik etməyəcəklərini bildiriblər. Qeyd edək ki, son iki ilkə HK-ın sədri olan Ə. Hüseynov bu gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə tutduğu vəzifədən azad edilib və bu vəzifəyə hakim-inspektor Murad Məmmədov təyin edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR