Malta Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib

Malta Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 23 iyul 2007 15:20 (UTC +04:00)
Malta Futbol Federasiyası AFFA-nın avqustun 22-də yoldaşlıq görüşü keçirmək təklifinə müsbət cavab verməyib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, qarşılaşmanın keçiriləcəyi vaxt maltalıları qane etməyib: “Malta Futbol Federasiyasından aldığımız rəsmi cavaba əsasən, bu ölkənin komandası avqustun 18-də Albaniya ilə oynayacaq. Ardından maltalılar Çexiyaya yollanacaqlar. Bu səbəbdən bizimlə yoldaşlıq görüşü keçirməyə razılaşmadılar”. B.Əsgərov bildirib ki, sabah AFFA-nın baş katibi Elxan Məmmədovla məsləhətləşmədən sonra başqa komandaya yoldaşlıq görüşü təklif olunacaq: “Həm Avropa, həm də Asiya təmsilçisi olan 5-6 namizədimiz var. Sabah baş katiblə məsləhətləşmədən sonra münasib rəqibə faks göndərəcəyik”. İndiyədək Malta ilə yanaşı, Litva, Makedoniya, Çernoqoriya və İordaniya yığmaları da AFFA-nın təklifindən imtina ediblər. AFFA rəsmisi, həmçinin sentyabrın 8-də yoldaşlıq görüşü keçirmək istədikləri Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqların yarımçıq dayandırıldığını deyib: “Biz Birləşmiş Ərəb Əmirlikləri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, heç nəyə nail olmadıq. Buna görə də danışıqları yarımçıq dayandırmaq qərarına gəldik. Həm də sentyabrın 12-də Bakıda Gürcüstanla qarşılaşacağımızdan artıq Birləşmiş Ərəb Əmirlikləri ilə oyuna ehtiyac yoxdur”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR