AzTV Azərbaycan futbol çempionatı və kuboku oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

AzTV Azərbaycan futbol çempionatı və kuboku oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb
# 24 iyul 2007 10:41 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatının və kubokunun oyunlarının teleyayımı ilə bağlı elan olunan tenderin qalibi bu gün müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, tenderdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) qələbə qazanıb. AzTV “İctimai TV” ilə rəqabətdə üstünlük əldə edib. AzTV AFFA rəhbərliyi ilə danışıqlardan sonra növbəti 3 ildə milli çempionatın və ölkə kuboku oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb. Bundan başqa, AzTV Azərbaycan yığmasının doğma meydanda keçirəcəyi rəsmi və qeyri-rəsmi matçları da yayımlayacaq. Tərəflər razılaşmanın maddi dəyərini yaxın günlərdə müzakirə edərək, müqavilə bağlayacaqlar. AFFA bir illik yayım hüququnu 70 min manat qiymətləndirib.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan çempionatının və kubokunun qarşılaşmalarını yayımlayan AzTV buna görə 50 min manat xərcə düşmüşdü. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR