Ağasəlim Mircavadov: “Çoxlu mövqe səhvi buraxdığımızdan məğlubiyyətlə üzləşdik”

Ağasəlim Mircavadov: “Çoxlu mövqe səhvi buraxdığımızdan məğlubiyyətlə üzləşdik”
# 25 iyul 2007 08:55 (UTC +04:00)
“Zaqrebdə havanın isti olması bizə maneçilik törətdi. Bundan başqa, oyun zamanı çoxlu mövqe səhvi buraxdıq, nəticədə məğlubiyyətlə üzləşdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Xorvatiyanın “Dinamo” komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. A. Mircavadov bildirib ki, rəhbərlik etdiyi komandanın 79-cu dəqiqədən sonra azlıqda oynaması “Dinamo”ya 1:3 hesablı məğlubiyyətin səbəblərindən biridir: “Əsas hissənin 11 dəqiqəsini və əlavə hissələri 10 nəfərlə keçirməyimiz nəticəyə birbaşa təsirini göstərdi”. Çalışdırıcı hakimlər briqadasının idarəçiliyindən də narazı qalıb: “Fikrimcə, hakimin idarəçiliyini yüksək qiymətləndirmək olmaz. Əgər o, Edmond N’Tiamoaya qırmızı vərəqə göstərmişdisə, Zaur Ramazanovun ayağına bilərəkdən zərbə vuran Tomiçi də meydan qovmalı idi. Bununla belə, məğlubiyyətimizi hakimlərin ayağına yazmaq fikrində deyiləm”.
Qeyd edək ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində yarışan “Xəzər-Lənkəran” iki oyunun ümumi nəticəsinə əsasən, “Dinamo”ya uduzaraq (1:1; 1:3) mübarizəni erkən dayandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR