Çempionlar Liqasında ikinci mərhələyə vəsiqə qazanan altı komandanın adı bəlli olub

Çempionlar Liqasında ikinci mərhələyə vəsiqə qazanan altı komandanın adı bəlli olub
# 25 iyul 2007 13:58 (UTC +04:00)
İyulun 24-də keçirilən cavab oyunları ilə Avropanın ən nüfuzlu turnirlərindən olan Çempionlar Liqasında ikinci mərhələyə vəsiqə qazanan altı komandanın adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran Xorvatiyanın “Dinamo” ilə klubu yanaşı, BATE, “Aktobe”, “Zeta”, “Şerif” və “Sarayevo” da ikinci mərhələyə vəsiqə qazanıb. “Zeta” Çernoqoriyanın ilk təmsilçisi kimi avrokuboklarda debüt mövsümündə mərhələ adlayıb. Qeyd edək ki, 19-cu dəqidəqə hesabda 0:3 geridə olan “Zeta” 90-cu dəqiqədə vurduğu qol hesabına ikinci mərhələyə keçib. “Dinamo” “Xəzər-Lənkəran” oyunu kimi, BATE APOEL görüşündə də əlavə vaxta ehtiyac olub və həmin görüşdə də meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ÇL-in ikinci mərhələsinə vəsiqə qazanan daha səkkiz komandanın adı bu gün axşam saatlarında keçiriləcək oyunlardan sonra məlum olacaq.

“Dinamo” (Xorvatiya) “Xəzər-Lənkəran” (Azərbaycan ) - 3:1 (ilk oyun 1:1)
Darko Vuqrinets, 56, Mario Mancukiç, 100, Yosip Todiç, 116 Junior Osvaldo, 16.
BATE (Belarus) APOEL (Kipr) - 3:0 (0:2)
İqor Staseviç, 15, Pavel Platonov, 75, Gennadi Bliznyuk, 104.
“Aktobe” (Qazaxıstan) “Olimpi” (Gürcüstan) - 3:0 (0:0)
Aleksandr Kuçma, 14, Arsen Tlexuqov, 52, Marat Suyumaqambetov, 82.
Kaunas (Litva) Zeta (Çernoqoriya) - 3:2 (1:3)
Riçardas Beniusis, 6, Givi Kvaratsxeliya, 16, Andrius Ksanaviçus, 19 Zarko Koraç, 33, Marko Cetkoviç, 90.
“Reyncers” (Andorra) “Şerif” (Moldova) 0:3 (0:2)
Bencamin Balima, 68, Saşa Kaykut, 72, Aleksandr Suvorov, 84.
“Sarayevo” (Bosniya və Herseqovina) “Marsaxlok” (Malta) 3:1 (6:0)
Mirza Mesiç, 42, Zdravka Saraba, 62, Almir Turkoviç, 76 Kleven Frendo, 65.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR