Zakir Məmmədovun AFFA-ya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb

Zakir Məmmədovun AFFA-ya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb
# 26 iyul 2007 09:46 (UTC +04:00)
Bu gün Xətai rayon Məhkəməsində Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədovun AFFA-ya qarşı qaldırdığı iddia əsasında keçirilməsi nəzərdə tutulan məhkəmə iclası baş tutmayıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Z. Məmmədovun sözlərinə görə, məhkəmə avqustun 10-na təxirə salınıb. Vitse-prezident bildirib ki, buna prosesin hakiminin dəyişməsi səbəb olub: “Hakim Rauf Əhmədov səhhətindəki problem ucbatından işi aparmaqdan imtina edib. Belə olan halda, işin icraatı digər hakim Tahir Süleymanova tapşırılıb”. AFFA-nın aprelin 26-da keçirilən XI konfransında qəbul olunan qərarın 7-ci (klublarda Azərbaycan vətəndaşı olan əcnəbi futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 9-cu (Azərbaycan yığmasında milliləşmiş futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 10-cu (legionerlərin sifariş məbləği 20 min, yerli futbolçuların isə 5 min manat olsun) və 11-ci (yerli məşqçilərin sifariş məbləği 10 min, əcnəbi mütəxəssislərin isə 50 min manat olsun) bəndlərinin ləğvini tələb edən Z. Məmmədov öz iddiasından əl çəkməyəcəyini deyib: “AFFA-nın az öncə XII növbədənkənar konfransında legioner limitinin “5+2”yədək artırılması, sifariş qiymətlərinin endirilməsi də məni fikrimdən daşındıra bilməz. Mən vətəndaş mövqeyindən çıxış edərək, yerli və əcnəbi futbolçular arasında fərqin aradan götürülməsini tələb edirəm”. Qeyd edək ki, Z. Məmmədov AFFA-ya qarşı Xətai rayon məhkəməsində bu il mayın 4-də iddia qaldırıb. İyunun 18-də isə həmin məhkəmədə hazırlıq iclası keçirilib. Məhkəməyə hazırlıq iclasında AFFA-nın nümayəndəsi iştirak etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR