“Karvan” Türkiyənin həvəskar klubuna böyük hesabla qalib gəlib

“Karvan” Türkiyənin həvəskar klubuna böyük hesabla qalib gəlib
# 28 iyul 2007 10:34 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Təbriz Həsənovun yetirmələri Türkiyənin həvəskarlardan ibarət “Silivrispor” komandası ilə qarşılaşıblar. Oyun həmyerlilərimizin üstünlüyü şəraitində keçib. Nəticədə “Karvan” rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Yevlax komandasından Roman Axalkatsi, Süleyman Kamara və İlham Yədullayev fərqləniblər. Həmyerlilərimiz Boluda daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırıblar. Təlim-məşq toplanışına avqustun 5-də yekun vurulacaq. Qeyd edək ki, “Karvan” bundan öncə keçirdiyi yoldaşlıq görüşlərində qələbə qazana bilməmişdi. “Adanaspor”la heç-heçə oynamış (3:3) Yevlax təmsilçisi ardından İranın “Sebahan” komandasına uduzmuşdu (1:2). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR